"Ayrıldıq" | Ayrılıq şeiri

Ayrıldıq

Xeyli vaxtdır ayrılmışıq yar ilən,
Gördük, amma tanışmadıq, ayrıldıq.
Qaldı canda gizli-gizli dərdimiz,
Bircə kəlmə danışmadıq, ayrıldıq.

Qərib-qərib durduq biganələr tək,
Soyuq-soyuq baxdıq divanələr tək.
Dönmədik başına pərvanələr tək,
Eşq oduna yanışmadıq, ayrıldıq.

Yarım saat bir arada qalmadıq,
Eşq atəşin canımıza salmadıq,
Yalvarıban yarn könlün almadıq,
Elə getdi, barışmadıq, ayrıldıq.

O zaman ki, aşnalığı tərk etdik,
Cüda düşdük, xeyli ciyər bərkitdik.
Aralıqdan könül quşun ürkütdük,
Bir-birilə qonuşmadıq, ayrıldıq.

Vaqif sevdi bir iqrarsız bivəfa,
Bada getdi tamam çəkdiyi cəfa,
Görüşübən eyləmədik xoş səfa,
Qucaqlaşıb sanışmadıq, ayrıldıq.

«Ayrıldıq» şeiri

Molla Pənah Vaqif

"Ayrıldıq" | Ayrlıq şeiri ayriliq seiri

 

0 şərh